Ədliyyə Nazirliyinin Probasiya xidmətinə rəis təyinatı olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ədliyyə Nazirliyinin Probasiya xidmətinə rəis təyinatı olub

Qafar Ağayev11:42 - 07 / 06 / 2024
Ədliyyə Nazirliyinin Probasiya xidmətinə rəis təyinatı olub

Ədliyyə Nazirliyinin Probasiya xidmətinə rəis təyin edilib.

Nazirlikdən 1news.az-a bildirilib ki, ədliyyə nazirinin müvafiq əmri ilə Vüqar Ağayev Probasiya xidmətinin rəisi təyin olunub.

Qeyd edək ki, V.Ağayev 1980-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2004-cü ildə isə magistr dərəcəsi ilə bitirib.

O, 2002-2006-cı illərdə Bakı şəhəri Nizami rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsində böyük məhkəmə icraçısı (probasiya üzrə) vəzifəsində çalışıb. Vüqar Ağayev 2006-2013-cü illərdə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsində müxtəlif vəzifələrdə, 2013-2021-ci illərdə isə Nazirliyin Təşkilat–nəzarət baş idarəsində baş məsləhətçi vəzifəsində işləyib.

Vüqar Ağayev bərpaedici ədliyyə sahəsində nüfuzlu qurumlardan biri olan Avropa Bərpaedici Ədliyyə Forumunun (European Forum for Restorative Justice-EFRJ) üzvüdür.

O, Probasiya xidmətinin rəisi təyin edilənədək Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəis müavini vəzifəsində çalışıb.

Paylaş:
277

Son xəbərlər

Bütün xəbərlər