Faydalı qazıntı yataqlarına baxış keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Faydalı qazıntı yataqlarına baxış keçirilib

Qafar Ağayev11:49 - 07 / 06 / 2024
Faydalı qazıntı yataqlarına baxış keçirilib

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin geoloji ekspertiza üzrə mütəxəssisləri aidiyyəti qurumların ekspertləri ilə birgə Qobustan rayonunun “Nabur” vulkan külü və “Qozluçay” qum-çınqıl yatağına baxış keçirib.

Qurumdan 1news.az-a verilən məlumata görə, aprel-may aylarında çaylarda müşahidə olunan gursululuq səbəbindən yarana biləcək problemləri təyin etmək üçün yataqlara baxılıb, vəziyyətin qənaətbəxş olduğu müəyyən edilib.

Yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsi məqsədilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarında mütəmadi monitorinqlər aparılır.

Paylaş:
290

Son xəbərlər

Bütün xəbərlər