Ötən gün polis itkin düşmüş kimi axtarışda olan 6 nəfəri tapıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün polis itkin düşmüş kimi axtarışda olan 6 nəfəri tapıb

Qafar Ağayev11:16 - 08 / 06 / 2024
Ötən gün polis itkin düşmüş kimi axtarışda olan 6 nəfəri tapıb

İyunun 7-də polis itkin düşmüş kimi axtarışda olan 6 nəfəri tapıb

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 16-dan Salyan rayonunun Arbatan kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 41 yaşlı qadın, mayın 16-dan Ağsu rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 32 yaşlı kişi, mayın 22-dən Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 18 yaşlı oğlan, iyunun 1-dən Gəncə şəhəri ərazisində itkin düşmüş kimi axtarışda olan 21 yaşlı oğlan, iyunun 6-da Gəncə şəhəri ərazisində azyaşlı qızı ilə birgə itkin düşmüş kimi axtarışda olan qadın tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Paylaş:
197

Son xəbərlər

Bütün xəbərlər