Masazırda evdən dəyəri 26 min manatdan çox olan qızıl-zinət əşyaları oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Masazırda evdən dəyəri 26 min manatdan çox olan qızıl-zinət əşyaları oğurlanıb

Qafar Ağayev12:02 - 08 / 06 / 2024
Masazırda evdən dəyəri 26 min manatdan çox olan qızıl-zinət əşyaları oğurlanıb

Abşeron rayonun Masazır qəsəbəsində evdən 26.600 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Masazır qəsəbəsi ərazisində müxtəlif vaxtlarda iki evdən ümumilikdə 2400 manat pul, 26.600 manat dəyərində qızıl-zinət əşyaları, 3 ədəd mobil telefon və planşet oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Rəsul Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
285

Son xəbərlər

Bütün xəbərlər