DSX-nin ildırım vurması nəticəsində həlak olan mayoru Baxış Baxışlı Tərtərdə dəfn edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

DSX-nin ildırım vurması nəticəsində həlak olan mayoru Baxış Baxışlı Tərtərdə dəfn edilib

12:03 - 10 / 06 / 2024
DSX-nin ildırım vurması nəticəsində həlak olan mayoru Baxış Baxışlı Tərtərdə dəfn edilib

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində iyunun 9-da ildırım vurması nəticəsində həlak olan hərbçisi, mayor Baxış Elşən oğlu Baxışlı ilə Tərtərdə keçirilən vida mərasimi başa çatıb.

1news.az-ın “Report”a istinadən məlumatına görə, mayor Baxış Baxışlı Tərtər rayonunun İsmayılbəyli kənd qəbiristanlığında dəfn olunub.

Xatırladaq ki, DSX-nin Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
324

Son xəbərlər

Bütün xəbərlər