Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində ingilis dili üzrə təlimlərə başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində ingilis dili üzrə təlimlərə başlanılıb

Qafar Ağayev09:12 - 11 / 06 / 2024
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində ingilis dili üzrə təlimlərə başlanılıb

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin COP29-da xidmət göstərəcək əməkdaşlarına ingilis dili üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində təlimlərə başlanılıb.

TƏBİB-dən 1news.az-a verilən məlumata görə, artıq bir aya yaxındır davam edən təlimlər zamanı 173 təcili tibbi yardım əməkdaşına növbəli şəkildə ingilis dili təlimləri keçirilib. Onlardan 63-ü həkim, 62-si tibb bacısı, 48-i isə sürücü olub. Bundan sonra daha 250-dən çox əməkdaşın cəlb olunacağı təlimlərin sentyabr ayına kimi davam edəcəyi nəzərdə tutulub.

Təlimlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 tədbirlərinin bu il Azərbaycanda keçirilməsinə hazırlıq prosesi ilə əlaqədardır.

Təşkil olunacaq tədbirlərdə Mərkəzin təcili tibbi yardım briqadaları tibbi xidmətə ehtiyacın yaranmasını nəzərə alaraq iştirakçıların sağlamlığının keşiyində xidmət göstərəcək.

TƏBİB ailəsi olaraq tədbir çərçivəsində tibbi xidmətin yüksək səviyyədə təşkil olunması üçün davamlı işlər görülür və proseslər diqqət mərkəzindədir.

Paylaş:
140

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər