Əhməd Əhmədovun barəsində cinayət işi üzrə istintaq yekunlaşıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Əhməd Əhmədovun barəsində cinayət işi üzrə istintaq yekunlaşıb

Qafar Ağayev14:37 - 12 / 06 / 2024
Əhməd Əhmədovun barəsində cinayət işi üzrə istintaq yekunlaşıb

Cari il fevralın 13-də 5 nəfər ailə üzvünü qəsdən öldürməkdə təqsirləndirilən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun barəsində Xətai rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, cəmiyyətdə böyük ictimai rezonansa səbəb olmuş cinayətin baş vermə səbəbləri və şəraiti, təqsirləndirilən şəxsin əməlinin xarakteri və təqsirliliyi, eləcə də sair sübut edilməli olan hallar prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin digər subyektləri ilə birgə tam və hərtərəfli araşdırılıb.

İstintaq zamanı təyin olunmuş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizaların rəylərinə əsasən, təqsirləndirilən şəxs Əhməd Əhmədovun hadisə baş verən zaman anlaqsız vəziyyətdə olmasına, həmçinin, cəmiyyət üçün təhlükəli olmasına əsaslı şübhələr müəyyən edildiyindən onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat başlanıb.

Əhməd Əhmədov 1972-ci il təvəllüdlü atası Mehman Əhmədov, 1977-ci il təvəllüdlü anası Pikə Əhmədova, 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədova, 2021-ci il təvəllüdlü azyaşlı bacısı qızı Ülviyyə Niftəliyeva və 2015-ci il təvəllüdlü azyaşlı qardaşı Məhəmməd Əhmədovu aşkar surətdə köməksiz vəziyyətdə, xüsusi amansızlıqla qəsdən öldürməkdə təqsirləndirilərək ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib.

İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Paylaş:
237

Son xəbərlər

Dolu düşüb, güclü külək müşahidə olunub - Faktiki HavaBu gün, 09:43BDU-nun müəllimi Lalə Hüseynova vəfat edibBu gün, 09:31AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:20Antoni Blinken Prezident İlham Əliyevə zəng edibBu gün, 09:16Azərbaycana yay fəsli daxil olubBu gün, 08:49Bu gündən müəllimlərin sertifikatlaşdırılması imtahanı başlanırBu gün, 08:47Qərbi Azərbaycan İcması Ermənistanı qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratmağa çağırıb20 / 06 / 2024, 21:04Küləkli hava şəraiti ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq - XƏRİTƏ20 / 06 / 2024, 17:51Azərbaycanın daha bir ağırlıqqaldıranı Avropa birinciliyinin qalibi olub20 / 06 / 2024, 17:47YAP-dan Milli Məclisin buraxılması ilə bağlı TƏŞƏBBÜS20 / 06 / 2024, 17:37Avadanlıqlara verilən xüsusi icazələrin sayı açıqlanıb20 / 06 / 2024, 17:29Rusiya iki nəfəri Azərbaycana ekstradisiya edib20 / 06 / 2024, 17:16Azərbaycanla İtaliya arasında hərbi-texniki əməkdaşlıq müzakirə edilib20 / 06 / 2024, 17:12Bayram günlərində milli parkları ziyarət edənlərin sayı açıqlandı20 / 06 / 2024, 16:55MEDİA-nın dəstək müsabiqəsində qalib olan onlayn media subyektləri bəlli oldu - SİYAHI20 / 06 / 2024, 16:45IOTA-nın 2024-2025-ci illər üzrə prezidentliyi Dövlət Vergi Xidmətinə həvalə edilib20 / 06 / 2024, 16:40Xidmət rəisi: İyunda havanın temperaturu iqlim normasından 4.8 dərəcə yüksək olub20 / 06 / 2024, 16:25Mingəçevirdəki çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb20 / 06 / 2024, 16:22Gəncədə qanunsuz tikili sökülüb20 / 06 / 2024, 15:58Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin tətbiqinin biznes üçün əhəmiyyəti20 / 06 / 2024, 15:55
Bütün xəbərlər