Bakıda dünyaca məşhur “Castolin Eutectic” şirkətinin seminarı keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda dünyaca məşhur “Castolin Eutectic” şirkətinin seminarı keçirilib - FOTO

Qafar Ağayev16:55 - 12 / 06 / 2024
Bakıda dünyaca məşhur “Castolin Eutectic” şirkətinin seminarı keçirilib - FOTO

Cari ilin 11-12 iyun tarixlərində Azərbaycanda ilk dəfə dünya səviyyəsində tanınmış “Castolin Eutectic” şirkətinin seminarı keçirilib.

Tədbir “Castolin Eutectic” şirkətinin Azərbaycanda rəsmi partnyoru olan “PROFIX MMC” şirkətinin təşəbbüsü ilə keçirilib.

“Hyatt” hotelində keçirilən seminar, neft və qaz sənayesində aşınmaya qarşı həllərə, təmir və texniki xidmət qaynaq tətbiqlərinə həsr edilmişdir. Neft və qaz sektorunda istifadə olunan məhsullara və onların tətbiqi barədə bu sahədə mütəxəssis olan Bengt Larsson və Laslo Ekres tərəfindən ətraflı məlumat verilib. Raşıt İçyer, Memet Salman və Cihan Gürses Castolin “Eutectic”in tarixi, “Castolin Eutectic” həlləri, təmir və texniki xidmət üçün tətbiqləri, yüksək yük və aşınma şəraitində qaynaq və püskürtmə üsulları barədə geniş təqdimat etdilər.

Tədbirdə Azərbaycanın 20-dən çox aparıcı şirkətlərin nümayəndələri iştirak etmişdir.

Xatırladaq ki, “PROFIX” MMC 2018-ci ildə təsis edilmiş və 2019-cu ildən Balaxanı Sənaye Parkın rezidenti kimi fəaliyyətə başlamışdır. Şirkətin fəaliyyətinin əsas istiqaməti müxtəlif qaz-termik püskürtmə üsulları ilə səthlərin bərpası, sənayedə istifadə olunan müxtəlif növ fırlanan avadanlıqların təmiri, xüsusi növ qaynaq xidmətlərinin göstərilməsindən ibarətdir.

Tədbirdə istifadə edilən təqdimatı əldə etmək üçün [email protected] ünvanına və ya +994 55 2072813 telefon nömrəsinə müraciət edə bilərsiz.

Paylaş:
506

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər