Jurnalistlər “İnsan hüquqları aylığı” çərçivəsində keçirilən təlimdə iştirak ediblər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Jurnalistlər “İnsan hüquqları aylığı” çərçivəsində keçirilən təlimdə iştirak ediblər - FOTO

17:23 - 12 / 06 / 2024
Jurnalistlər “İnsan hüquqları aylığı” çərçivəsində keçirilən təlimdə iştirak ediblər - FOTO

İyunun 12-də “İnsan hüquqları aylığı” çərçivəsində media subyektlərinin nümayəndələri Hüquq və İnsan Haqları İnstitutunun Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə birgə təşkil etdiyi insan hüquq və azadlıqlarının qorunması mövzusunda keçirilən təlimlərə qatılıb.

1news.az xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd mediada paylaşılan xəbərlərdə insan hüquqlarının pozulması hallarının qarşısını almaq, gender və hüquq bərabərliyi üzərində qurulmuş mənəvi dəyərləri təbliğ etmək, cəmiyyətdə insan ləyaqətinə hörməti və insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkmək, həmçinin jurnalistlərdə peşəkar yanaşma keyfiyyətlərini təşviq etməkdən ibarətdir.

İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev insan hüquqlarının müdafiəsi sahəsində təşkil edilən silsilə maarifləndirici təlimlərdən söz açaraq bildirib ki, İnstitut təkcə dövlət qurumlarının əməkdaşları üçün deyil, həm də bu istiqamətdə davamlı olaraq geniş ictimaiyyət üçün təbliğat və təşviqat tədbirləri həyata keçirir. Sədr müavini Agentlik ilə səmərəli əməkdaşlıq nəticəsində jurnalistlərlə növbəti dəfə bir araya gəldiklərini də diqqətə çatdırıb.

Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimova tədbirin İnsan hüquqları günü ərəfəsində keçirilməsinə diqqət çəkərək media məhsullarının hazırlanması zamanı insan hüquq və azadlıqlarına əməl edilməsinin müstəsna əhəmiyyət daşıdığını, həm “Media haqqında” Azərbaycan Respublikası Qanununun, həm də Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarının bu məsələyə münasibətdə birmənalı və həssas yanaşma sərgilədiyini bildirib, habelə Agentlik tərəfindən müvafiq istiqamətdə həyata keçirilən tədbirlər haqqında məlumat verib.

İnstitutun təlimçi-ekspertləri Jurnalistlərin Etik Davranış Qaydalarının prinsipləri, BMT-nin Uşaq Hüquqları və Avropa İnsan Hüquqları konvensiyalarının müddəaları, mediada və sosial şəbəkələrdə insanlar arasında ayrı-seçkiliyi təbliğ edən və nifrət nitqinin yaranmasına səbəb olacaq xəbərlərin paylaşılmasının qarşısının alınması mövzusunda əhatəli təqdimatlarla çıxış ediblər.

Müzakirələr zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb, kazuslarla bağlı maraqlı təkliflər səsləndirilib və təlimdə iştirak edən jurnalistlərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Hüquq və İnsan Haqları İnstitutu 18 may-18 iyun “İnsan hüquqları aylığı” çərçivəsində Medianın İnkişafı Agentliyi ilə birgə insan hüquqları mövzusunda jurnalistlər üçün maarifləndirmə yönümlü ictimai çağırış kampaniyasına start verib. Kampaniyanın sosial media üçün nəzərdə tutulmuş ilk posterində nifrət nitqi ilə bağlı ictimai çağırış yer alıb.

Teymur Maksudov

Paylaş:
190

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər