Şənbə günü hava necə olacaq? - Proqnoz | 1news.az | Xəbərlər
Cəmiyyət

Şənbə günü hava necə olacaq? - Proqnoz

12:50 - 14 / 06 / 2024
Şənbə günü hava necə olacaq? - Proqnoz

İyunun 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 40-50 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-12° isti, gündüz 15-20° isti olacaq.

Paylaş:
99

Son xəbərlər

Kapital Bank 2024-cü ilin 2-ci rübü üzrə maliyyə nəticələrini elan edibBu gün, 18:29Muxtar Babayev Macarıstanın ətraf mühit naziri ilə görüşübBu gün, 18:00Bu ilin altı ayı ərzində narkotik alverinə görə məsuliyyətə cəlb edilənlərin sayı açıqlandıBu gün, 17:40“Azad edilmiş ərazilərdə ekoturizmin təbiği üçün tanınmış influenserlər və bloggerlərlə əməkdaşlıq etmək lazımdır”Bu gün, 17:33COP29 Beynəlxalq Məşvərət Şurasının ilk iclası keçirilibBu gün, 17:28Unibank ikinci rübün maliyyə nəticələrini açıqlayıbBu gün, 17:10Azərbaycanda ötən il İİV-ə yoluxanların sayı açıqlanıbBu gün, 17:02Növbəti üç günə bölgələrdəki küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilibBu gün, 16:51Deputat: COP29-un keçirilməsinin Azərbaycana etibar edilməsi çox mühüm hadisədirBu gün, 16:31Füzulidə Birinci Qarabağ müharibəsinin şəhidi Muğan Əliyev dəfn edilib - FOTOBu gün, 16:30Dolu düşəcək, leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 16:09Bu gün Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın doğum günüdürBu gün, 15:482024-cü ilin 6 ayında ağır cinayət törətmiş 119 kriminal qrup zərərsizləşdirilibBu gün, 15:44Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ADY ilə bağlı qərarı məhkəmə tərəfindən ləğv edildiBu gün, 15:33Bakı Şəhər DYP İdarəsindən yollarda məhdudiyyətlə bağlı sürücülərə MÜRACİƏTBu gün, 15:22Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinə rəis təyin edilibBu gün, 15:06KOBİA: Bu ilin I yarısında 32 sahibkar Almaniyada ixtisasartırma kursu keçibBu gün, 14:57Nazir Adil Kərimli ŞƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin görüşündə iştirak edibBu gün, 14:45Saatlıda Birinci Qarabağ müharibəsinin daha iki şəhidi dəfn edilibBu gün, 14:33Qubada Birinci Qarabağ müharibəsinin şəhidi İdris Baxışov dəfn edilibBu gün, 14:16
Bütün xəbərlər