Gəncədə 14 yaşlı qızın nişanlanması ilə bağlı araşdırma başlanılıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə 14 yaşlı qızın nişanlanması ilə bağlı araşdırma başlanılıb - YENİLƏNİB

13:45 - 15 / 06 / 2024
Gəncədə 14 yaşlı qızın nişanlanması ilə bağlı araşdırma başlanılıb - YENİLƏNİB

Gəncədə 14 yaşlı qızın nişanlanmasına görə valideynləri polis idarəsinə dəvət olunub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Bildirilib ki, məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.

"Sözügedən şəxlərin valideynləri polis idarəsinə dəvət olunub, onlarla profilaktiki söhbət aparılıb, qanunun tələbləri izah olunub və erkən nigahın məsuliyyəti barədə məlumat verilib", - deyə məlumatda qeyd edilib.

13:17

Gəncə şəhərində 14 yaşlı qızın nişanlandığı iddia olunur.

1news.az- xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

Paylaşımda 8-ci sinif şagirdinə toy mərasiminin keçiriləcəyi qeyd edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Report"a açıqlamasında bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Paylaş:
188

Son xəbərlər

COP29-un Yaşıl Zona üzrə tərəfdaşlıq və sərgiləmə müraciətlərinin qəbuluna başlanılırBu gün, 16:57Kəlbəcərdə yabanı halda bitən 1 ton 352 kq çətənə bitkisi məhv edilibBu gün, 16:09Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilibBu gün, 15:28Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib - XƏBƏRDARLIQBu gün, 14:57DİN: Bakıda naməlum şəxslərin müxtəlif ünvanlarda sorğu keçirməsi görüntüləri araşdırılıbBu gün, 14:28Heydər Əliyev prospektində yanğına görə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİBBu gün, 14:04MMF2024-ün ikinci gününün spikerləri bəlli oldu!Bu gün, 14:00Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri üçün Azərbaycana gətirilibBu gün, 13:4340 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 13:10Ötən ay Azərbaycanda restoranlara xərclənən məbləğ açıqlanıbBu gün, 12:48Çaylardan sel keçəcək, dolu düşəcək - XƏBƏRDARLIQBu gün, 12:45Azərbaycanda taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı açıqlanıbBu gün, 12:28İsmayıllıda 17 yaşlı oğlan itkin düşübBu gün, 12:09Son 5 ayda pensiya ödənişlərinə yönəldilən vəsaitin məbləği açıqlanıbBu gün, 11:19FHN-dən taxıl biçini mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə MÜRACİƏT - VİDEOBu gün, 10:52Azərbaycan neftinin qiyməti bahalaşıbBu gün, 10:34Ölkə ərazisində 39 dərəcəyədək isti olub - Faktiki havaBu gün, 10:14Qusarda qəbirləri dağıtmaqda şübhəli bilinən şəxs həbs olunubBu gün, 09:43Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti işə başlayıbBu gün, 09:37Hacıqabulda altı fermadan oğurluq edilib - Şübhəli bilinənlər saxlanılıbBu gün, 09:00
Bütün xəbərlər