Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib - XƏBƏRDARLIQ

14:57 - 18 / 06 / 2024
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib - XƏBƏRDARLIQ

İyunun 19-da Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi rayonlarda küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq edilib.

Bu barədə 1news.az-a Xidmətdən məlumat verilib.

Bildirilib ki, sinoptiklərin məlumatına görə, Bakıda və Abşeron yarımadasında, Qobustan, Siyəzən, Altıağac, Xızı, Şabran, Xaçmaz, Neftçala, Salyan, Ordubad, Culfada sarı xəbərdarlığa uyğun olaraq qısa müddətə küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Paylaş:
300

Son xəbərlər

Bütün xəbərlər