Hacıqabulda altı fermadan oğurluq edilib - Şübhəli bilinənlər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacıqabulda altı fermadan oğurluq edilib - Şübhəli bilinənlər saxlanılıb

Qafar Ağayev09:00 - 18 / 06 / 2024
Hacıqabulda altı fermadan oğurluq edilib - Şübhəli bilinənlər saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən altı fermadan metal qurğular oğurlamaqda şübhəli bilinən Süleyman Ağayev, Tural Yusifov və Pərvin Qurbanov saxlanılıblar.

Bu barədə 1news.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Araşdırmalar zamanı adıçəkilən şəxslərin zərərçəklərə 10 000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Paylaş:
306

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər