Son 5 ayda pensiya ödənişlərinə yönəldilən vəsaitin məbləği açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Son 5 ayda pensiya ödənişlərinə yönəldilən vəsaitin məbləği açıqlanıb

Qafar Ağayev11:19 - 18 / 06 / 2024
Son 5 ayda pensiya ödənişlərinə yönəldilən vəsaitin məbləği açıqlanıb

Cari ilin yanvar-may aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (328 mln. manat) çox olmaqla 2 mlrd. 693 mln. manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 1news.az-a verilən xəbərə görə, pensiya artımı istiqamətində növbəti addım kimi 2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.

Son 5 ayda 18,4 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 121 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

Paylaş:
266

Son xəbərlər

Bütün xəbərlər