COP29-un Yaşıl Zona üzrə tərəfdaşlıq və sərgiləmə müraciətlərinin qəbuluna başlanılır | 1news.az | Xəbərlər
Cəmiyyət

COP29-un Yaşıl Zona üzrə tərəfdaşlıq və sərgiləmə müraciətlərinin qəbuluna başlanılır

Qafar Ağayev16:57 - 18 / 06 / 2024
COP29-un Yaşıl Zona üzrə tərəfdaşlıq və sərgiləmə müraciətlərinin qəbuluna başlanılır

COP29-un Yaşıl Zona üzrə tərəfdaşlıq və sərgiləmə müraciətlərinin qəbuluna başlanılır.

Bu barədə 1news.az-a COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu il noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının (COP29) uğurlu və müsbət təsirlərinin təmin edilməsi məqsədilə tədbirə ev sahibliyi edən ölkəmiz tərəfindən aktiv hazırlıq işləri davam etdirilir. Xarici ölkələrin nümayəndə heyətlərinin konfransın Mavi Zonasında rəsmi müzakirələrdə iştirakının təmin edilməsi ilə yanaşı bu mötəbər tədbirin bir hissəsi olmaq, tərəfdaşlıq, sponsorluq və sərgiləmə imkanlarını dəyərləndirmək istəyən müxtəlif təşkilatların da maraqları nəzərə alınaraq COP29 çərçivəsində təşkil ediləcək Yaşıl Zona üzrə müraciətlərin qəbulu açıq elan edilir.

COP29 Sədrliyi tərəfindən təşkil olunan Yaşıl Zona dünyanın ən mühüm iqlim konfransını ziyarət edəcək qonaqların bu istiqamətdə fəaliyyətini genişləndirmək və iqlim dəyişmələrində individual dialoqu təşviq etmək üçün fəaliyyət göstərəcək. Yaşıl Zona öz fəaliyyətində iqlim dəyişmələri ilə mübarizə addımları sərgiləyən və bu istiqamətdə ixtisaslaşan qurumlara öz təcrübələrini, bu sahədə innovativ məhsul və həll yollarını paylaşmaqla qlobal auditoriya qarşısında öhdəliklərinin nümayişinə və eləcə də dövlət və özəl qurumlar arasında əməkdaşlığa şərait yaradan platforma rolunu oynayacaq. Ərazi dövlət və özəl sektorlar, hökumətlər, BMT-nin ixtisaslaşmış qurumları, hökumətlərarası təşkilatlar, QHT-lər, akademik dairələr, incəsənət xadimləri və vətəndaş cəmiyyətinin müxtəlif maraqlı tərəflərini vahid məqsəd ətrafında bir araya gətirəcək məkan kimi çıxış edəcəkdir.

Qlobal iqlim fəaliyyəti təşəbbüslərini inkişaf etdirmək və bu istiqamətdə real həlləri təşviq etmək məqsədi ilə interaktiv sərgilər, konfranslar, seminarlar, panel müzakirələri, eləcə də yaradıcı incəsənət instalyasiyaları, mədəni tədbirlər və çıxışların yer alacağı bu məkan noyabr ayında iqlim fəaliyyəti üçün əsl dinamik mərkəzə çevriləcək. Bakı Stadionu ətrafında Mavi Zonaya çox qısa məsafədə yerləşəcək bu ərazi öz miqyası və dizaynı ilə hər kəsin birgə fəaliyyəti üçün əlçatan və inklüziv şərait təmin edəcək və iqlim problemlərinin həllində maraqlı olan geniş ictimaiyyət üçün açıq olacaq.

Bütün bunlar nəzərə alınaraq, maraqlı təşkilatların Yaşıl Zonadan yüksək fayda əldə etməsi və buradakı imkanlardan səmərəli şəkildə yararlanması, eyni zamanda Yaşıl Zona üzrə fəaliyyətin operativ və keyfiyyətli idarə olunması məqsədilə yaradılan www.cop29greenzone.com onlayn platforması istifadəyə verilib. Təşkilat və qurumlar müxtəlif fərqli tərəfdaşlıq, konfrans və sərgi formatında iştirakçılıq təklifləri ilə bağlı məlumatları portal vasitəsilə rahatlıqla əldə edə bilərlər. Portal potensial tərəfdaşların hədəflərinə uyğun hər bir məlumatı, Yaşıl zonada qurulacaq pavilyonlar və COP29 Sədrliyinin iqlim fəaliyyəti təşəbbüslərini özündə əks etdirir, eyni zamanda innovativ yanaşma və texnologiyaların nümayiş etdirilməsi üçün geniş sərgi məkanında müxtəlif texniki parametrlərə uyğun yerlərin ayrılmasına da şərait yaradır.

Yaşıl Zonada təmsil olunmaq istəyən maraqlı tərəflər qeyd edilən platforma http://www.cop29greenzone.com vasitəsilə rəsmi müraciətlərini təqdim edə bilərlər. Qeyd edək ki, müraciətlərin qəbulu 10 iyul 2024-cü il tarixinədək davam edəcək. Yaşıl Zona ilə bağlı yarana biləcək sualların cavablandırılması üçün isə iştirak etmək istəyənlər [email protected] elektron ünvanına öz sorğularını yönləndirə bilərlər.

Paylaş:
225

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər