Azad olunmuş ərazilərdə növbəti dəfə silah-sursat aşkar olunub
8-14 iyun tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 8 avtomat silahı, 1 tapança, 9 tüfəng, 20 qumbara, 17 alışdırıcı, 38 patron darağı, 825 ədəd müxtəlif çaplı patron, 8 ədəd süngü-bıçaq və digər sursatlar, Xocavənd şəhəri ərazisindən 2 ədəd avtomat silahı, 1 snayper tüfəngi, 24 ədəd patron darağı və 755 ədəd müxtəlif çaplı patron patron, Ağdam rayonunun Abdal kəndi ərazisindən isə 3 ədəd avtomat silahı, 12 ədəd mərmi, 5 ədəd mərmi başlığı, 940 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşları Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi ərazisindən 30 kiloqram marixuana aşkar edərək götürüb, həmçinin yabanı halda bitmiş 1700 ədəd çətənə kolu məhv edilib.