Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 30% artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 849,8 milyon manatlıq məhsul istehsal edilib.
1news.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 29,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı 25,7%, kimya sənayesi məhsullarının istehsalı isə 5,1% artıb.
Beş ayda kimya sənayesi məhsullarından karbamid istehsalı 64,4%, metanol istehsalı 20%, yapışqan və yapışdırıcı maddələr istehsalı 4,7%, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələr və çantalar istehsalı 3,6 dəfə, məsaməli plastik kütlədən sair plastinlər, lövhələr istehsalı 75,3%, polietilendən kisə və çantalar istehsalı 55,6%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı isə 23,2% artıb.