İsmayıllıda cücələrə su verən qadını elektrik cərəyanı vuraraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllıda cücələrə su verən qadını elektrik cərəyanı vuraraq öldürüb

16:39 - 15 / 06 / 2024
İsmayıllıda cücələrə su verən qadını elektrik cərəyanı vuraraq öldürüb

İsmayıllı rayonunda 47 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb.

1news.az "Report"a istinadən xəbər verir ki, Talıstan kənd sakini, 1977-ci il təvəllüdlü Göyçə Hacalı qızı Hüseynova həyətdə cücələrə su verərkən elektrik naqilinə toxunub və nəticədə onu cərəyan vurub.

Hadisə yerinə İsmayıllı rayonun hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub, meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
285

Son xəbərlər

Bütün xəbərlər