Balakəndə 4 ton çətənə kolu məhv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Balakəndə 4 ton çətənə kolu məhv edilib

14:04 - 19 / 06 / 2024
Balakəndə 4 ton çətənə kolu məhv edilib

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Gərəkli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi çəkisi 4 ton olan 4500 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Paylaş:
222

Son xəbərlər

Bütün xəbərlər