Cəlilabadda su bəndində boğulan iki nəfərin meyiti tapılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun Hamarqışlaq kəndində göldə 2 nəfərin batması barədə məlumat daxil olub və dərhal Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları axtarışlara cəlb olunub.
FHN-in Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, axtarışlar nəticəsində göldə batmış Həsənov İbrahim Əlifağa oğlunun və Aşurov Nihat Nicat oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
235