Goranboyda narkokuryer saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Goranboyda narkokuryer saxlanılıb

12:04 - 19 / 06 / 2024
Goranboyda narkokuryer saxlanılıb

Goranboyda narkokuryer saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan 1news.az-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlər nəticəsində Mingəçevir şəhər sakini Əli Əliyev saxlanılıb. Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman əlindəki sellofan torbadan 2 kq-a yaxın tiryək və heroin aşkarlanıb.

Araşdırmalarla zamanı Ə. Əliyevin maddi gəlir qarşılığında narkokuryerlik etdiyi müəyyən edilib.

Faktla bağlı Goranboy RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Paylaş:
184

Son xəbərlər

Bütün xəbərlər