Azərbaycan Ordusunun radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrinin taktiki-xüsusi təlimi keçirilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunun radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrinin taktiki-xüsusi təlimi keçirilib - VİDEO

Qafar Ağayev13:03 - 20 / 06 / 2024
Azərbaycan Ordusunun radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrinin taktiki-xüsusi təlimi keçirilib - VİDEO

Cari ilin hazırlıq planına əsasən, radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrinin şəxsi heyəti ilə səhra şəraitində taktiki-xüsusi təlim keçirilib.

1news.az MN-ə istinadən xəbər verir ki, ssenariyə uyğun olaraq, təlimə cəlb olunan bölmələr döyüşə hazırolma dərəcəsinə gətirilib, döyüş təyinatı rayonuna çıxarılıb.

Təlimdə müdafiə əməliyyatının radiasiya, kimyəvi və bioloji mühafizə tapşırıqlarının planlaşdırılması, bölmələrə tapşırıqların çatdırılması üzrə praktiki fəaliyyətlər məşq etdirilib.
Radiasiya və kimyəvi kəşfiyyat bölmələrinin qüvvələri ilə mövcud şəraitin izlənilməsi və qiymətləndirilməsi həyata keçirilib, şərti düşmənin kütləvi qırğın silahı tətbiq etməsinə hazırlığı vaxtında aşkar edilərək qabaqlayıcı tədbirlər görülüb, həmçinin radiasiya, kimyəvi və bioloji çirklənmə şəraitində fəaliyyət göstərən bölmələrin təhlükəsizliyi təmin edilib.
Təlimin keçirilməsində əsas məqsəd komandirlərin bilik və bacarıqlarını təkmilləşdirmək, həmçinin döyüşün hərtərəfli təminatı və qarşılıqlı fəaliyyətin təşkilində təcrübə qazanmalarına imkan yaratmaqdır.

Paylaş:
154

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər