Gəncədə qanunsuz tikili sökülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə qanunsuz tikili sökülüb

15:58 - 20 / 06 / 2024
Gəncədə qanunsuz tikili sökülüb

Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin ƏmlaK Məsələlər Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə növbəti monitorinq keçirilib.

1news.az xəbər verir ki, bu bartədə Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib.

Aparılan monitorinqlər zamanı, məlum olub ki, şəhərin Ş.İ.Xətai prospektində dövlət mülkiyyəti, həmçinin istirahət guşəsi olan ərazinin müəyyən hissəsi şəhid ailəsi tərəfindən zəbt edilib. Monitorinq qrupu tərəfindən qanunsuz inşa edilən obyektin tikintisi dərhal dayandırılaraq, söküntüsü təmin edilib.

Qeyd edilib ki, şəhər ərazisində bu kimi tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Paylaş:
332

Son xəbərlər

Bütün xəbərlər