Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI
Bakının bir sıra yollarında tıxac yaranıb.
1news.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
4. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
5. "20 Yanvar" dairəsində;
6. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
7. 8 Noyabr prospekti, mərkəz istiqamətində;
8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.