İctimai nəqliyyatda qeyri-etik hərəkətlər edən şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

İctimai nəqliyyatda qeyri-etik hərəkətlər edən şəxs saxlanıldı

14:40 - 22 / 06 / 2024
İctimai nəqliyyatda qeyri-etik hərəkətlər edən şəxs saxlanıldı

Bir nəfərin ictimai nəqliyyatda qadın sərnişinə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən arşdırılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı 1news.az-a bildirib ki, araşdırmalarla həmin şəxsin 44 yaşlı Famil Mehrabov olması müəyyən edilərək saxlanılıb.

Bildirilib ki, onun əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək.

Paylaş:
406

Son xəbərlər

Bütün xəbərlər