Masazırda liftdə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas olunub - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Masazırda liftdə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas olunub - VİDEO

17:12 - 22 / 06 / 2024
Masazırda liftdə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas olunub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən 1news.az-a verilən xəbərə görə, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, nasazlıq səbəbindən doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının lifti altıncı mərtəbədə dayanıb və biri azyaşlı olmaqla 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakinləri xilas ediblər.

Paylaş:
346

Son xəbərlər

Bütün xəbərlər