Binəqədidə yük maşını piyadanı vuraraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə yük maşını piyadanı vuraraq öldürüb

17:31 - 22 / 06 / 2024
Binəqədidə yük maşını piyadanı vuraraq öldürüb

Bakının Binəqədi rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, qəza Binəqədi qəsəbəsində, 179 saylı məktəbin qarşısında qeydə alınıb. Belə ki, idarəetməni itirən yük maşınının sürücüsü orta yaşlı qadını vuraraq öldürüb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Paylaş:
649

Son xəbərlər

Bütün xəbərlər