Binəqədi və Sulutəpə qəsəbələrində elektrik enerjisinin verilməsində fasilələr olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədi və Sulutəpə qəsəbələrində elektrik enerjisinin verilməsində fasilələr olacaq

Qafar Ağayev11:06 - 02 / 07 / 2024
Binəqədi və Sulutəpə qəsəbələrində elektrik enerjisinin verilməsində fasilələr olacaq

Paytaxtın Binəqədi, Sulutəpə qəsəbələrinin bir sıra hissəsində, Yuxarı Sulutəpə ərazisində bu gün saat 11:00-dan saat 17:00-dək elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranacaq.

1news.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin məlumatında qeyd olunub.

Bildirilib ki, abonentlərin elektrik təchizatının yaxşılaşdırılması məqsədilə “Azərişıq” ASC sözügedən ərazilərdə yeni güc mərkəzlərinin şəbəkəyə qoşulmasını təmin edəcək.

Görülən işlər yekunlaşdırıldıqdan sonra elektrik enerjisinin verilişi tam təmin ediləcək.

Paylaş:
225

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər