Agentlikdən məktəbdə rəhbər vəzifələrdə işləyənlərə XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Agentlikdən məktəbdə rəhbər vəzifələrdə işləyənlərə XƏBƏRDARLIQ

Qafar Ağayev11:54 - 02 / 07 / 2024
Agentlikdən məktəbdə rəhbər vəzifələrdə işləyənlərə XƏBƏRDARLIQ

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi dövlət ümumi təhsil müəssisələrində rəhbər vəzifələrdə (direktor və direktor müavini) çalışan və ya bu vəzifələrdə çalışmaq istəyən şəxslərə xəbərdarlıq edib.

1news.az-ın xəbərinə görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib ki, sözügedən vəzifələrə təyinat zamanı qanunvericiliyin tələblərinin pozulduğu hallar aşkar edilərsə bu barədə bilavasitə məsuliyyət daşıyan tərəflər barədə də ölçü götürüləcək, müvafiq tədbirlər görüləcək.

Paylaş:
391

Son xəbərlər

Bütün xəbərlər