Dağıstanda niqab qadağan edilib | 1news.az | Xəbərlər
Dünya

Dağıstanda niqab qadağan edilib

Qafar Ağayev11:03 - 03 / 07 / 2024
Dağıstanda niqab qadağan edilib

Dağıstan Müftiliyi respublika ərazisində müvəqqəti olaraq niqab taxılmasını qadağan edib.

1news.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumatı Dağıstan müftisinin müavini Abdulla Salimov açıqlayıb.

Bildirilib ki, qadağa müəyyən edilmiş təhdidlər aradan qaldırılana qədər qüvvədə olacaq.

Qadağa isə regionun Milli Siyasət və Dini İşlər Nazirliyinin müraciətinə uyğun olaraq elan edilib. Sözügedən müraciətdə isə respublika əhalisinin təhlükəsizliyinə təhdidlərin olduğundan bəhs edilib.

Paylaş:
1316

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər