3 iyul “Beynəlxalq Polietilen Paketdən İmtina Günü”dür | 1news.az | Xəbərlər
Cəmiyyət

3 iyul “Beynəlxalq Polietilen Paketdən İmtina Günü”dür

Qafar Ağayev12:12 - 03 / 07 / 2024
3 iyul “Beynəlxalq Polietilen Paketdən İmtina Günü”dür

Hər il 3 iyul tarixi dünyanın bir çox ölkəsində plastik torbaların ətraf mühitə və insan sağlamlığına verdiyi zərərlərə diqqət çəkmək və insanların bu zərərləri azaltmaq üçün daha davamlı alternativlərə keçməsini təşviq etmək məqsədilə “Beynəlxalq Polietilen Paketdən İmtina Günü” kimi qeyd olunur.

1news.az xəbər verir ki, Plastik torbalar planetimiz üçün böyük problem olaraq qalır. Hər il təxminən 100000 dəniz canlısı bu səbəbdən məhv olur, qida zəncirinə daxil olduqda, insan sağlamlığına da zərər verə bilər.

Plastik torbaların istifadəsini azaltmaq və daha dayanıqlı alternativlərə keçmək, həm ətraf mühiti qorumaq, həm də insan sağlamlığını təmin etmək üçün vacibdir.

Ətraf mühitə zərərli olmaqla yanaşı, plastik torbalar nadir hallarda təkrar emala yararlıdır.

Birdəfəlik plastik torbalar bəzi ölkələrdə tamamilə qadağan edilib, digər yerlərdə də polietilen torbaların müəyyən növlərinin istifadəsinə qadağa qoyulub və ya xüsusi qaydalar tətbiq edilib.

Ümumilikdə, təxminən 127 ölkə plastik torbaların istifadəsini qaydalarla tənzimləyir. Bu qaydalara plastik torbaların mərhələli şəkildə ləğvi və təkrar istifadə edilə bilən çantalar üçün təşviqlər də daxildir.

Ölkəmizdə də 15 mikrona kimi olan polietilen torbaların istehsalı və istehlakı qadağandır. Eyni zamanda daşıma vasitəsi kimi kassalarda verilən polietilen torbalar ödənişlidir.

Gəlin, bir gün deyil, hər gün polietilen paketlərdən imtina edək və ekoloji təmiz alternativlərdən istifadəyə üstünlük verək. Hər birimiz kiçik addımlarla bu dəyişikliklərə töhfə verə bilərik.

Paylaş:
210

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər