Məktəbdənkənar təhsil müəssisələrində monitorinq keçirildi, 59 direktorla bağlı tədbir görüldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəbdənkənar təhsil müəssisələrində monitorinq keçirildi, 59 direktorla bağlı tədbir görüldü

Qafar Ağayev13:12 - 05 / 07 / 2024
Məktəbdənkənar təhsil müəssisələrində monitorinq keçirildi, 59 direktorla bağlı tədbir görüldü

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilir.

Agentlikdən 1news.az-a verilən məlumata görə, monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini yoxlamaqdır.

Bakı və digər bölgələrdə yerləşən məktəbdənkənar təhsil müəssisələrində aparılmış yoxlamalara əsasən, 26 direktora xəbərdarlıq, 12 direktora töhmət, 16 direktora sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, 5 müəssisə rəhbəri işdən azad edilib.

Monitorinqlər davam etdiriləcək.

Paylaş:
260

Son xəbərlər

Bütün xəbərlər