DGK əməkdaşları Mingəçevirdə külli miqdarda tütün məmulatları aşkar edib | 1news.az | Xəbərlər
Cəmiyyət

DGK əməkdaşları Mingəçevirdə külli miqdarda tütün məmulatları aşkar edib

14:45 - 08 / 07 / 2024
DGK əməkdaşları Mingəçevirdə külli miqdarda tütün məmulatları aşkar edib

Dövlət Gömrük Komitəsi (DGK) əməliyyat-istintaq baş idarəsi və ərazi əməliyyat struktur bölmələrinin əməkdaşları tərəfindən Mingəçevir şəhərində həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus "Mercedes-Benz" markalı nəqliyyat vasitəsindən və istifadəsində olan fərdi yaşayış evindən külli miqdarda, ümumi sayı 120 min ədəd Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış tütün məmulatları aşkar edilib.

DGK-dan 1news.az-a bildirilib ki, hazırda faktla əlaqədar araşdırma aparılır.

Paylaş:
363

Son xəbərlər

Bütün xəbərlər