“Qarabağ” bu gün yoxlama oyunu keçirəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qarabağ” bu gün yoxlama oyunu keçirəcək

Qafar Ağayev09:29 - 09 / 07 / 2024
“Qarabağ” bu gün yoxlama oyunu keçirəcək

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" Futbol Klubu bu gün iki yoxlama oyunu keçirəcək.

1news.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv ilk matçında Almaniyanın "Kayzerslautern" komandası ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.

"Köhlən atlar" ikinci görüşdə Çexiyanın "Viktoriya" (Plzen) klubunu sınağa çəkəcək. Bu oyun saat 20:00-da başlayacaq.

"Qarabağ"ın Tirolda 4 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub. Sonrakı rəqiblər hələlik bəlli deyil.

Paylaş:
293

Son xəbərlər

Bütün xəbərlər