AZAL-ın Bakıdan İstanbula uçan təyyarəsinin geri qayıtmasının səbəbi açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL-ın Bakıdan İstanbula uçan təyyarəsinin geri qayıtmasının səbəbi açıqlandı

Qafar Ağayev17:06 - 10 / 07 / 2024
AZAL-ın Bakıdan İstanbula uçan təyyarəsinin geri qayıtmasının səbəbi açıqlandı

“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkətinin J2-075 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsinin kapitanı texniki səbəblərə görə (kondisioner sistemində yaranmış problem) uçuş hava limanına qayıtmaq qərarına gəlib.

1news.az AZAL-a istinadən xəbər verir ki, təyyarə 16:04-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.

Məlumata görə, sözügedən reysin sərnişinləri başqa təyyarə ilə İstanbula yola düşəcəklər: "Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər. AZAL yaranmış narahatlığa görə reysin sərnişinlərindən üzr istəyir".

Paylaş:
685

Son xəbərlər

Bütün xəbərlər