Qalıqları tapılan Xocalı şəhidi ilə Abşeronda vida mərasimi keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qalıqları tapılan Xocalı şəhidi ilə Abşeronda vida mərasimi keçirilib - FOTO

11:07 - 10 / 07 / 2024
Qalıqları tapılan Xocalı şəhidi ilə Abşeronda vida mərasimi keçirilib - FOTO

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən Xocalı sakinlərindən daha birinin şəxsiyyəti müəyyənləşdirilib.

1news.az APA-ya istinadən xəbər verir ki, Yusifəli Süleyman oğlu Qarayevin qalıqları bu gün ailəsinə təhvil verilib və şəhidlə ailənin yaşadığı Abşeron rayonunda vida mərasimi keçirilib.

Yusifəli Süleyman oğlu Qarayevin qalıqları 11 iyulda Xocalı rayonunda torpağa tapşırılacaq.

Y.Qarayev Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. Xocalı rayonunda böyüyüb boya-başa çatıb. Rayonun müdafiə taborunun döyüşçüsü olub. 26 yaşında itkin düşən Yusifəlinin iki övladı var.

Şəhidin qızı Lamiyə Xocalı soyqırımı ilə bağlı yaddaşında danışıb.

Həmin vaxt qardaşının üç, özünün isə, cəmi iki yaşı olduğunu, xocalılıların və ailəsinin başına gələnləri anasından, qardaşından eşitdiyini bildirib.

L.Qarayeva anasının xatirələrinə istinadən qeyd edib ki, 1992-ci ildə Xocalının işğalına az müddət qalmış daim zirzəmidə gizləniblər. Onun sözlərinə görə, fevralın 25-dən 26-na keçən gecə atası və dayısı vəziyyətin gərgin olduğunu, artıq mütləq şəkildə Xocalıdan çıxmaq gərəkdiyini bildiriblər. Son ana qədər ailələrinin öz ellərini tərk etmək niyyəti olmayıb, amma digər sakinlər kimi, onlar da məcburən çıxıblar: “Yolu itirərək ermənilərin işğalı altında olan Ağdamın Dəhrəz meşəsinə istiqamət almışıq. Həmin ərazidə pusquya düşdük, atamla bərabər 13 nəfər özünümüdafiə taborunun döyüşçüsü əsir götürüldü. O vaxtdan bu yana bizim həmin əsirlərdən heç bir məlumatımız yox idi. L.Qarayevanın sözlərinə görə, Dövlət Komissiyasına dəvət olunanda bizə bildiriblər ki, qalıqlar elə həmin kəndin ətrafında tapılıb”.

Paylaş:
155

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər