Ümumrespublika Təmizlik Marafonuna start verildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ümumrespublika Təmizlik Marafonuna start verildi - FOTO

Qafar Ağayev14:39 - 11 / 07 / 2024
Ümumrespublika Təmizlik Marafonuna start verildi - FOTO

“Təmiz ölkəm” devizi altında keçirilən Ümumrespublika Təmizlik Marafonu bu gün Xəzər dənizinin Sumqayıt sahilində, İsmayıllı rayonu Talıstan, Şəki rayonu Kiş, Qusar rayonu Qusar, Xızı rayonu Giləzi, Cəlilabad rayonu Göytəpə meşəbəyliklərində, Qubadlı rayonu Tinli kəndi, Tovuz rayonu Muncuxlu kəndi ərazisində, Lənkəran rayonu Xanbulan gölü ətrafında, Türyançay çayının Ağdaş rayonu ərazisindən keçən hissəsində və digər ərazilərdə keçirilib.

1news.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, yerli kommunal müəssisələr kombinatlarının əməkdaşlarının, Sumqayıt Futbol Klubunun, 2 saylı Bərpa Tikinti İdarəsinin, Ağdaş Dövlət Aqrar İnkişaf Mərkəzinin, yerli sakinlərin və ekokönüllülərin iştirakı ilə keçirilən aksiyalar zamanı 3 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.

Təmizlik aksiyalarının keçirilməsində əsas məqsəd hər kəsi ətrafa tullantı atmamağa sövq etmək, ərazilərin təmizliyinə hər bir kəsin məsul olması öhdəliyini çatdırmaq, onları alışılmış vərdişlərdən uzaqlaşdırmaq və bu işlərə daha geniş kütləni cəlb etməklə təbiət ərazilərinin təmizliyinə nail olmaqdır.

Qeyd edək ki, Ümumrespublika Təmizlik Marafonu bu gündən etibarən hər həftənin 4 və 6-cı günləri bütün ölkə ərazisinin çay vadilərini, meşə ərazilərini və dəniz sahillərini əhatə edəcək.

Paylaş:
200

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər