“#Icherisheherim” sərgisinin açılışı keçirildi, müsabiqənin qalibləri mükafatlandırıldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“#Icherisheherim” sərgisinin açılışı keçirildi, müsabiqənin qalibləri mükafatlandırıldı - FOTO

Qafar Ağayev14:50 - 11 / 07 / 2024
“#Icherisheherim” sərgisinin açılışı keçirildi, müsabiqənin qalibləri mükafatlandırıldı - FOTO

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “#Icherisheherim” silisilə tədbirlər çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifaqı ilə birgə təşkil etdiyi eyni adlı rəsm müsabiqəsi başa çatıb.

1news.az xəbər verir ki, bu münasibətlə 10 iyul 2024-cü il tarixində Bakı Fotoqrafiya Evində “#Icherisheherim” rəsm müsabiqəsinin qaliblərinin və fərqlənən iştirakçılarının mükafatlandırılması və seçilən əsərlərdən ibarət sərginin açılış tədbiri keçirilib.

Tədbirdə dövlət rəsmiləri, Milli Məclisin üzvləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Fazil Mustafa, millət vəkili Ülviyyə Həmzəyeva, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektorları, xalq rəssamları Salhab Məmmədov və Fuad Salayev çıxış ediblər.

Bildirilib ki, iki ay davam edən müsabiqəyə Bakı və Azərbaycanın digər bölgələrindən 300-dən çox iştirakçı rəsm əsərlərini təqdim edib. Qaliblər Azərbaycanın görkəmli incəsənət xadimləri – Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı professor Natiq Əliyev, Beynəlxalq Əlaqələr üzrə prorektor, xalq rəssamı professor Salhab Məmmədov, Azərbaycan Rəssamlıq İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Rəssamlıq İttifaqının Dekorativ-tətbiqi sənət bölməsinin rəhbəri, xalq rəssamı Aydın Rəcəbov və xalq rəssamı Əliyar Əlimirzəyev tərəfindən seçilib.

Əsas mövzusu İçərişəhər, onun adət-ənənələri, tarixi və bu günü olan müsabiqənin təşkilində əsas məqsəd İçərişəhəri peşəkar və həvəskar rəssamların gözü ilə göstərmək, fırça vasitəsilə gənc rəssamların təxəyyülündəki İçərişəhərin ruhunu ictimaiyyətə təqdim etməkdən ibarətdir.

Ümumilikdə, seçilən 40 əsərdən 7-sinin müəllifi qalib elan olunub. Digər 33 əsərin müəllifləri isə müsabiqədə iştiraklarına görə təşəkkürnamə diplomu ilə təltif olunublar. Müsabiqədə ilk 3 yerin qalibinə I yer 1500 manat, II yer 1000 manat, III yer isə 500 manat pul mükafatları, əlavə həvəsləndirici mükafat qismində 4 rəssamın hər birinə isə 250 manat mükafat təqdim edilib. Qalib iştirakçılara pul mükafatı ilə yanaşı, diplom və təşəkkürnamələr verilib.

Müsabiqənin qalibləri sırasında ilk üç yeri müvafiq olaraq Fəxriyyə Əliyeva (“Şah sarayı”), Səidə Musayeva (“Qala izi”) və Nəzrin Xələfova (“Bakıda küləkli gün”) tutublar. Həvəsləndirici dörd mükafata isə Ramil Məmmədov (“İçərişəhərdə məscid”), Nəzrin Mütəllifli (“Yuxularda”), Rəşad Rzayev (“Buludlu bir gün”) və Samirə Vəliyeva (“Gecə karvanı”) layiq görülüblər.

Qeyd edək ki, qaliblər mükafatlandırıldıqdan sonra, qonaqlar seçilmiş rəsm əsərlərindən ibarət “#Icherisheherim” sərgisi ilə tanış olublar.

Sərgi Bakı Fotoqrafiya Evində 10 avqust tarixinədək ziyarətçilərə açıq olacaq. Sərgiyə giriş sərbəstdir.

Xatırladaq ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilən “#Icherisheherim” layihəsinin məqsədi UNESCO İrs Siyahısında yer alan və ortaq bəşəri dəyərimiz olan İçərişəhəri müxtəlif tərəflərdən təqdim etməkdir.

Paylaş:
275

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər