Kursantlarla praktiki atış çalışmaları yerinə yetirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Kursantlarla praktiki atış çalışmaları yerinə yetirilib

Qafar Ağayev15:32 - 11 / 07 / 2024
Kursantlarla praktiki atış çalışmaları yerinə yetirilib

2024-cü ilin tədris planı və proqramına uyğun olaraq, Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin kursantları ilə səhra şəraitində praktiki məşğələlər keçirilir.

Müdafiə Nazirliyindən 1news.az-a bildirilib ki, əvvəlcə təlim sahəsində silah və hərbi sursatların təyinatı, döyüş və texniki xassələri, istismar qaydaları və sıfırlanması üzrə kursantların bilikləri yoxlanılıb, havanın və ərazinin istənilən şəraitində atəş mövqeyinin tutulması və şərti düşmən hədəflərinin aşkar olunaraq düzgün nişanalma qaydalarına əməl etməklə məhv edilməsi üsulları izah olunub.

Sonra hədəflərin müşahidə olunması, silah ilə hərəkətdə, həmçinin yerindən əl qumbaralarının atılması, peyda olan və hərəkət edən yerüstü hədəflərə atəş açılması üzrə tapşırıqlar icra edilib.

Praktiki məşğələlər zamanı şəxsi heyət tərəfindən qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Məşğələlərin keçirilməsində məqsəd kursantların döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının artırılması, o cümlədən silah və hərbi sursatlardan effektiv istifadə bacarıqlarının təkmilləşdirilməsidir.

Paylaş:
214

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər