Bakı Ali Neft Məktəbində Məzun günü - Məzunlara diplomlar verildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ali Neft Məktəbində Məzun günü - Məzunlara diplomlar verildi - FOTO

Qafar Ağayev10:21 - 11 / 07 / 2024
Bakı Ali Neft Məktəbində Məzun günü - Məzunlara diplomlar verildi - FOTO

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) növbəti Məzun günü keçirilib.

1news.az xəbər verir ki, Bu, Ali Məktəbin bakalavriat səviyyəsi üzrə 8-ci, magistratura səviyyəsi üzrə 6-cı məzun buraxılışıdır.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Buraxılış mərasimində SOCAR-ın vitse-prezidentləri Ziba Mustafayeva və Zaur Qurbanov, Kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova, ali məktəbin professor-müəllim və adminstrativ heyəti, eləcə də valideynlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov əlamətdar gün münasibətilə məzunları təbrik edərək onlara uğurlar arzulayıb. “Böyük qürurla vurğulamaq istərdim ki, Ali Məktəbimizin builki məzunları SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, xarici şirkətlərdə, özəl və dövlət qurumlarında çalışır, dünyanın nüfuzlu universitetlərinə qəbul olur, təqaüd qazanır və təhsillərini davam etdirirlər”, - deyə rektor vurğulayıb.

Elmar Qasımovun sözlərinə görə, əldə olunan nailiyyətlər bir daha sübut edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizinin bariz nümunəsi olan, ölkə başçısının müvafiq Fərmanı ilə SOCAR-ın strukturunda yaradılan Bakı Ali Neft Məktəbi fəaliyyətə başladığı gündən yüksəkixtisaslı, ingilisdilli peşəkar kadrlar hazırlamaq missiyasını uğurla həyata keçirir.

Rektor Elmar Qasımov onu da vurğulayıb ki, BANM bütün məzunlara diplomları məhz Məzun Günündə təqdim etmək ənənəsinə bu il də sadiq qalır. Sonra SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva çıxış edərək SOCAR prezidenti Rövşən Nəcəfin təbriklərini çatdırıb, həyatlarının yeni mərhələsində məzunlara uğurlar arzulayıb. SOCAR-ın sosial layihəsi olan Ali Məktəbin tələbələrinə yüksək keyfiyyətli təhsil verməklə yanaşı, onların işlə təminatına da xüsusi diqqət yetirildiyini söyləyib. Məzunların SOCAR da daxil olmaqla, bir sıra böyük yerli və xarici şirkətlərdə, dövlət müəssisələrində uğurla fəaliyyət göstərdiyini deyən Ziba Mustafayeva qeyd edib ki, bu il Bakı Ali Neft Məktəbindən ümumilikdə 268 tələbə məzun olur. Onlardan 23-ü Fərqlənmə diplomu ilə bitirir, 117 nəfəri isə xanımdır.

Daha sonra Ali Məktəbin Kimya mühəndisliyi ixtisasının məzunu Faiq Əliyev çıxışında BANM-də peşəkar kadr kimi yetişdiyini, burada aldığı bilik və bacarıqların həyatının növbəti mərhələsində böyük rol oynayacağını bildirib. Eləcə də 2024-cü il məzun buraxılışı üzrə Ali Məktəbin birincisi - “İlin tələbə”si, Kimya mühəndisliyi ixtisasının məzunu Aysu Zamanova adını fəxri kötüyə həkk edib. O, BANM-in məzunu olmaqdan qürur duyduğunu bildirib, mütəxəssis kimi yetişməsində, bilik və bacarıqlarının formalaşmasında böyük əməyi olan fədakar müəllimlərə və valideyninə təşəkkür edib. Ali Məktəbi Fərqlənmə ilə bitirən məzunlara, ixtisas birincilərinə, sonra hərbi xidmətə yollanacaq məzunlara diplomlar verilib. Məzunların diplomlarının təqdimatından sonra tədbir bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, 2023/2024-cü tədris ilində Bakı Ali Neft Məktəbinin bakalavriat səviyyəsindən 169, magistratura səviyyəsindən 99 nəfər olmaqla, ümumilikdə 268 tələbə məzun olur. Məzunların 27 nəfəri isə SOCAR-ın Gənc İstedadlar Proqramının iştirakçısıdır. Bu tədris ilində bakalavriat səviyyəsi üzrə Neft-qaz mühəndisliyi ixtisasından 46, Kimya mühəndisliyi ixtisasından 56, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasından 37, İnformasiya təhlükəsizliyi ixtisasından 23 nəfər, eləcə də magistratura səviyyəsi üzrə mühəndislik ixtisaslarından 15, MBA proqramından isə 84 tələbə məzun olur.

Paylaş:
230

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər