“PAŞA Holding”in sponsorluq etdiyi “Holberton School Azerbaijan” məktəbinin ilk Məzun Günü baş tutub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“PAŞA Holding”in sponsorluq etdiyi “Holberton School Azerbaijan” məktəbinin ilk Məzun Günü baş tutub - FOTO

13:55 - 12 / 07 / 2024
“PAŞA Holding”in sponsorluq etdiyi “Holberton School Azerbaijan” məktəbinin ilk Məzun Günü baş tutub - FOTO

2023-cü ilin sentyabr ayından etibarən “PAŞA Holding”in sponsorluğu və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə Azerbaycana cəlb olunan dünyanın nüfuzlu məktəblər şəbəkəsi olan “Holberton School Azərbaijan” məktəbinin 4 iyul 2024-cü il tarixində ilk Məzun Günü keçirilib. 9 aylıq tədris zamanı, tələbələr üçün 11 "HolberTalks" seminarları, 15 demo intervyu, 10 şəxsi inkişaf treninq, 5 karyera günləri və limitsiz mentor dəstəyi təşkil olunub. Bundan əlavə, sözügedən məktəbi bitirmiş işlə təmin olunmuş tələbələrin sayı 12 təşkil edib.

Ümumilikdə, 22 ölkədə, 34 şəhərdə və ötən il Bakıda fəaliyətə başlayan "Holberton School" Məktəblər Şəbəkəsi Silikon Vadisində yüksək keyfiyyətli texnoloji proqramlarla, innovativ və praktiki metodologiya əsasında İKT sahəsində tədris verir. Qeyd edək ki, “Holberton School Azerbaijan”, tələbələrinə texniki və yumşaq bacarıqlar verməklə, onları iş dünyasında uğurlu olmağa hazırlayır.

Xatırladaq ki, innovasiyaların təşviqi, eləcə də ölkədə innovasiya ekosisteminə dəstəyin göstərilməsi PAŞA Holding-in önəm verdiyi istiqamətlərdəndir. Bu məqsədlə holdinq tərəfindən INMerge İnnovasiya Sammiti və PAŞA Hakaton təşkil edilir, yerli inkubasiya və akselerasiya mərkəzlərinə dəstək göstərilir. Qeyd edək ki, ölkədə ilk vençur kapital fondu və kibertəhlükəsizlik məktəbi də "PAŞA Holding"in dəstəyi ilə fəaliyyətə başlayıb.

Reklam hüququnda

Paylaş:
516

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər