Şəmkirdə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb

11:34 - 12 / 07 / 2024
Şəmkirdə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb

Şəmkir rayonu, Ağ Dağlar yolunun yaxınlığında fəaliyyət göstərən, fərdi sahibkar Əliyev Nəriman Yalçın oğluna məxsus maye qazdoldurma məntəqəsinin istismarı təhlükəsizlik tələblərinə cavab vermədiyi üçün dayandırılıb.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

FHN əməkdaşlarının keçirdiyi yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Bildirilib ki, maye qazdoldurma məntəqəsində istismar olunan iki ədəd təzyiq altında işləyən tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.

Paylaş:
249

Son xəbərlər

Bütün xəbərlər