Azərbaycan Toxumçular Assosiasiyası fermerlərə çağırış edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Toxumçular Assosiasiyası fermerlərə çağırış edib

Qafar Ağayev11:07 - 15 / 07 / 2024
Azərbaycan Toxumçular Assosiasiyası fermerlərə çağırış edib

Respublika üzrə payızlıq arpa və taxıl sahələrində biçin yekunlaşmaq üzrədir. Rəsmi açıqlanan məlumata görə, ölkə üzrə taxıl zəmilərinin 77,2 faizində biçin tam başa çatıb. Sahələrdən 2 468 767 ton məhsul yığılıb, taxıl üzrə orta məhsuldarlıq 31,6 sent/ha təşkil edir

Bu barədə 1news.az-a açıqlamasında Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva bildirib.

O deyib ki, biçindən əvvəl taxıl yığımının itkisiz və vaxtında həyata keçirilməsi, o cümlədən yanğın təhlükəsi yaradacaq halların qarşısının alınması ilə bağlı Assosiasiya tərəfindən müxtəlif maarifləndirmə tədbirləri aparılır.

M.Əliyeva bildirir ki, bəzən fermer və sahibkarlar yanlış olaraq düşünürlər ki, biçindən sonra sahələrin yandırılması torpaqda olan alaq otlarının, o cümlədən zərərverici həşəratların məhvi üçün əlverişli üsuldur.

"Sahələrdə baş verən yanğın ətraf mühitə zərər verməklə torpağın məhsuldarlığını aşağı salır, torpağın həyat qabiliyyəti zəifləyir, illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçün əlavə resurslar və uzun müddət tələb olunur. Yüksək temperaturun torpağın üst qatına sistematik təsiri humus ehtiyatını, torpaq biotasını məhv edir və nəticədə, torpağın fiziki-kimyəvi xassələri və mexaniki strukturu dəyişir. Bu səbəbdən taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir", deyə M.Əliyeva bildirib.

Qeyd edək ki, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri bununla bağlı əhaliyə birgə müraciət ediblər.

Müraciətdə bildirilib ki, ən kiçik ehtiyatsızlıq belə əhalinin ərzaq təminatı, ölkənin torpaq fondu, meşə sahələri, flora və fauna üçün ağır fəsadlarla nəticələnə bilər.

Paylaş:
707

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər