NİİM-dən qəza zamanı avtomobili saxlayıb çəkiliş edənlərə ÇAĞIRIŞ | 1news.az | Xəbərlər
Cəmiyyət

NİİM-dən qəza zamanı avtomobili saxlayıb çəkiliş edənlərə ÇAĞIRIŞ

Qafar Ağayev11:03 - 16 / 07 / 2024
NİİM-dən qəza zamanı avtomobili saxlayıb çəkiliş edənlərə ÇAĞIRIŞ

Yol-nəqliyyat hadisələri baş verdikdə bəzi sürücülər avtomobili saxlayıb hadisəni mobil telefonla qeydə alırlar.

1news.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında qeyd olunub.

"Müşahidələr göstərir ki, bu kimi hallar tez-tez yaşanır. Nəticədə istər qəzanın baş verdiyi istiqamətdə, istərsə də digər zolaqlarda yolda ciddi sıxlıq yaranır. Bu da bəzən yanğından mühafizə, polis, təcili tibbi yardım və qəza-xilasetmə bölmələrinin avtomobilinin hadisə yerinə vaxtında çata bilməməsi ilə nəticələnir. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edərək həm sıxlığın yaranmaması, həm də qəza zamanı lazımi şəxslərin hadisə yerinə vaxtında gəlməsi üçün bu kimi hallara yol verməməyə çağırır" - deyə məlumatda qeyd olunub.

Paylaş:
218

Son xəbərlər

Bütün xəbərlər