Silk Way Airlines ağ balinaların yeni məkana köçürülməsi missiyasını uğurla tamamladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Silk Way Airlines ağ balinaların yeni məkana köçürülməsi missiyasını uğurla tamamladı

14:42 - 17 / 07 / 2024
Silk Way Airlines ağ balinaların yeni məkana köçürülməsi missiyasını uğurla tamamladı

Silk Way Airlines iki ağ balinanın Ukraynadakı akvariumdan İspaniyadakı yeni evlərinə uğurla daşınmasını qürurla elan edir.

Çətin şəraitdə həyata keçirilən bu qeyri-adi missiya Silk Way Airlines-ın heyvanların qorunmasına sadiqliyini, həmçinin həssas və mürəkkəb yüklərin daşınması qabiliyyətini əks etdirir.

İki ağ balina Ukraynadakı akvariumdan təxliyyə edilib və İspaniyada onların yaşamı üçün lazım olan qayğı və şərait ilə təmin ediləcək yeni bir məkana çatdırılıblar. Bu missiya səyahət boyu balinaların təhlükəsizliyini və salamatlığını təmin edərək, dəqiq planlaşdırma və koordinasiya ilə həyata keçirildi.

Ukraynada davam edən müharibə səbəbindən birbaşa uçuşla daşınma mümkün olmayıb. Balinalar Ukraynadan Moldovaya quru yolu ilə daşınıb, oradan Silk Way Airlines onları təhlükəsiz şəkildə İspaniyaya çatdırıb. Silk Way Airlines xüsusi yüklərin daşınması sahəsində zəngin təcrübəsindən istifadə edərək, balinaların optimal şəraitdə daşınmasını təmin etmişdir. Aviaşirkətin ixtisaslaşmış komandası uçuş zamanı balinaların sağlamlığına və rahatlığına nəzarət etmək üçün heyvanlara qulluq üzrə mütəxəssislər və baytarlarla sıx əməkdaşlıq edib. Bu daşınma heyvanların sabit və təhlükəsiz mühit ilə təmin edilməsi üçün nəzərdə tutulmuş xüsusi avadanlıq və konteynerlərdən istifadə etməklə yanaşı, diqqətlə planlaşdırılmış bir sıra addımlardan ibarət idi. Silk Way Airlines bu missiyanı Oceanografic və dəniz məməliləri üzrə ixtisaslaşmış beynəlxalq heyvan daşıyıcıları qrupu ilə əməkdaşlıq nəticəsində müvəffəqiyyətlə yerinə yetirdi.

Silk Way Airlines aviaşirkətinin direktorunun birinci müavini Mustafa Əzimov “Bu mühüm missiya üçün seçilməkdən şərəf duyuruq” dedi. " Həssas və unikal yüklərin idarə edilməsində komandamızın fədakarlığı və təcrübəsi bu görkəmli canlıların uğurlu və təhlükəsiz yerdəyişməsini təmin etdi. Bu missiya ilə məşğul olan bütün xilasetmə qrupuna və xüsusən də ekipajın uçuş zamanı göstərdikləri müstəsna səylərinə görə təşəkkür etmək istərdim. Onlar uçuşun heyvanlar üçün rahat və stressiz olmasını təmin edərək, çatdırılmanı təhlükəsiz şəkildə həyata keçiriblər. Bu əməliyyat çox mürəkkəb və məsuliyyətli idi, lakin biz birlikdə üç aya yaxın davam edən zəhmətli bir işin öhdəsindən uğurla gəldik. İki əzəmətli balinanı xilas etmək üçün bu unikal missiyanın bir hissəsi olmaqdan şərəf duyuruq."

Bu missiyanın uğurla başa çatması Silk Way Airlines-ın mürəkkəb logistika və xüsusi yükləri idarə etmək qabiliyyətini vurğulayır və aparıcı regional hava yükdaşıyıcısı kimi mövqeyini daha da möhkəmləndirir.

Silk Way Airlines haqqında

Əsası 2001-ci ildə qoyulan Silk Way Airlines 20 ildən artıqdır ki, dünya üzrə çarter istiqamətləri şəbəkəsinə xidmət göstərən aparıcı yükdaşıyıcıdır. 130-dan artıq ölkəni əhatə edən marşrut şəbəkəsi ilə aviaşirkət həssas və xüsusi yüklər daxil olmaqla geniş çeşiddə yüklərin daşınmasında ixtisaslaşan İl-76 təyyarə parkını idarə edir.

Reklam hüququnda

Paylaş:
449

Son xəbərlər

“Formula 1”-ə görə daha bir neçə yolda hərəkət məhdudlaşdırılacaq29 / 08 / 2024, 20:17Azərbaycan alimləri COIA-2024 beynəlxalq konfransında məruzə ilə çıxış ediblər29 / 08 / 2024, 17:47Svetoforun qırmızı işığında keçən iki avtobus sürücüsü saxlanılıb29 / 08 / 2024, 17:41Bu gün görkəmli tarzən Qurban Pirimovun anım günüdür29 / 08 / 2024, 17:20Azərbaycan Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub29 / 08 / 2024, 16:53İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən şəxs həbs olunub29 / 08 / 2024, 16:47Parlament seçkiləri ilə bağlı ilkin nəticələrin açıqlanacağı vaxt məlum oldu29 / 08 / 2024, 16:39Azərbaycan turizm imkanları Hindistanda sərgilənir29 / 08 / 2024, 16:37Parlament seçkilərində ilk dəfə səs verənlərə xüsusi kart veriləcək29 / 08 / 2024, 16:33Cəlilabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb29 / 08 / 2024, 16:31Azərbaycanda ötən il 350-yə yaxın dövlət qulluqçusu cəzalandırılıb29 / 08 / 2024, 16:13Sabah MİQ üzrə müddətli müqavilə ilə vakansiya seçiminə başlanılır29 / 08 / 2024, 15:50Nazirlik balıq ovu ilə bağlı əhaliyə çağırış edib29 / 08 / 2024, 15:40HDQ-nin dəniz piyada bölmələrinin şəxsi heyəti ilə dağçılıq təlimi keçirilir - VİDEO29 / 08 / 2024, 15:20Bakıda qanunsuz fəaliyyət göstərən çiy dönər emalı müəssisəsi aşkarlanıb29 / 08 / 2024, 15:08Çinin Sinxua agentliyi Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərindən yazıb29 / 08 / 2024, 14:50“Formula 1”ə görə Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq29 / 08 / 2024, 14:39Rezidenturanın boş qalan plan yerlərinə ixtisas seçimi aparılır29 / 08 / 2024, 14:36Gömrük nəzarətindən gizlədilən siqaretlər və dərman vasitələri aşkarlanıb29 / 08 / 2024, 14:22Azərbaycanda əhalinin çörək istehlakı azalıb29 / 08 / 2024, 14:05
Bütün xəbərlər