Şəhid övladları üçün Şimali Kiprdə “Yay Məktəbi” təşkil olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid övladları üçün Şimali Kiprdə “Yay Məktəbi” təşkil olunub - FOTO

Qafar Ağayev09:29 - 17 / 07 / 2024
Şəhid övladları üçün Şimali Kiprdə “Yay Məktəbi” təşkil olunub - FOTO

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı ilə orta və ali təhsil müəssisələrində təhsil alan 30 nəfər şəhid övladı “Yay Məktəbi”ndə iştirak etmək üçün Şimali Kipr Türk Respublikasında (ŞKTR) səfərdədir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən 1news.az-a verilən məlumata görə, 15-28 iyul 2024-cü il tarixlərində Şimali Kipr İstanbul Texniki Universiteti və Girne Amerikan Universitetində keçiriləcək “Yay Məktəbi”nin ilk günündə iştirakçılar ŞKTR-nin qurucusu və ilk prezidenti Rauf Denktaşın məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar.

Daha sonra iştirakçılar Şimali Kipr İstanbul Texniki Universitetinin Karyera İnkişafı Mərkəzində təlimlərə qatılıblar.

Günün ikinci yarısında isə Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar “Yay Məktəbi”nə qatılan şəhid övladlarını qəbul edib. Görüş zamanı “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova bu layihənin təşkil olunmasına göstərilən dəstəyə görə öz təşəkkürünü bildirib və bu kimi layihələrin iki qardaş ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

ŞKTR Prezidenti Ersin Tatar Azərbaycanın qəhrəman şəhidlərinin övladlarını Şimali Kiprdə qarşılamaqdan qürur duyduqlarını qeyd edib və belə gözəl təşəbbüs üçün təşkilatçılara təşəkkürünü çatdırıb. Görüşün sonunda Prezident Ersin Tatar düşərgə iştirakçıları ilə xatirə şəkli çəkdirib.

Qeyd edək ki, bu “Yay Məktəbi” “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsində qalib olan "Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı" layihəsi çərçivəsində "Zəfər" İB ilə ŞKTR nümayəndə heyəti ilə Qarabağda imzalanan əməkdaşlıq protokollarına əsasən həyata keçirilir.

Paylaş:
185

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər