Sumqayıtda vətəndaşa qarşı 21 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Sumqayıtda dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Sumqayıt şəhər sakini olan bir nəfərin aldadılaraq 21500 manat pulunun alınması barədə polisə məlumat daxil olub.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlində şübhəli bilinən A.Əmrahov saxlanılıb.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə şəhər sakini olan bir nəfərin 600 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
189