“Ermənistanla normallaşma prosesində irəliləyiş baş verir” | 1news.az | Xəbərlər
Cəmiyyət

“Ermənistanla normallaşma prosesində irəliləyiş baş verir”

Qafar Ağayev18:31 - 20 / 07 / 2024
“Ermənistanla normallaşma prosesində irəliləyiş baş verir”

Sülh sazişinə gəldikdə, mənə xarici işlər naziri tərəfindən verilən məlumata görə, mətnin 80-90 faizi razılaşdırılıb. Ermənistan həmin o müddəanı və terminologiyanı (Qarabağla bağlı – red.) oradan götürməyə razı oldu və beləliklə, normallaşma prosesində irəliləyiş baş verir.

1news.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında səsəndirib.

Amma burada hazırda iki məsələnin açıq qaldığını vurğulayan dövlət başçısı qeyd edib:

“Onlardan biri odur ki, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir. İkincisi, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki bu qrup artıq uzun müddətdir fəaliyyətsizdir”.

Paylaş:
413

Son xəbərlər

Bütün xəbərlər