Oksford Universitetinin azərbaycanlı tələbəsi Qlobal Tələbə Mükafatına layiq görüldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Oksford Universitetinin azərbaycanlı tələbəsi Qlobal Tələbə Mükafatına layiq görüldü

Qafar Ağayev16:21 - 22 / 07 / 2024
Oksford Universitetinin azərbaycanlı tələbəsi Qlobal Tələbə Mükafatına layiq görüldü

Oksford Universitetinin azərbaycanlı tələbəsi Nuranə Məmmədova Chegg.org və Varkey Fondu tərəfindən təşkil edilən Qlobal Tələbə Mükafatının Top 50-lik siyahısına daxil edilib.

1news.az xəbər verir ki, finalçılar dünya üzrə 11,000-dən çox nominasiya və ərizə arasından seçilib. Namizədlər 176 ölkədən olub və yekun siyahıya cəmi 30 ölkə çıxıb. Azərbaycan Respublikası Nuranə Məmmədovanın təmsilçiliyi altında bu siyahıda yer alıb.

Finalistlər akademik nailiyyətləri, həmyaşıdlarına təsirləri, icmalarında və onun hüdudlarından kənarda yaratdıqları təsir seçim meyarlarına aid idi. O cümlədən, yaradıcı və innovativ yanaşmaları və qlobal vətəndaş kimi necə fəaliyyət göstərmələrinə görə qiymətləndiriliblər.

Qlobal Tələbə Mükafatının əvvəlki qaliblərinin mükafatlarını ABŞ-ın keçmiş prezidenti Bill Klinton, Papa Fransisk və sairə kimi şəxslər təqdim ediblər.

Qeyd edək ki, Nuranə Məmmədova Şəmkir şəhər orta təhsil məktəbini fərqlənmə ilə bitirdikdən sonra, bakalavr üzrə təhsilini UNEC və ADAU universitetlərində alıb və qırmızı diplomla bitirmişdir. Daha sonra magist təhsilini Fransa, Almaniya və Türkiyədə fərqlənmə ilə bitirmişdir. Hal-hazırda, Oksford Universitetində Diplomatiya üzrə magistr təhsilini yekunlaşdırmaq üzrədir və Oksford Universitetində doktorant kimi akademik təhsilini davam etdirməyə dəvət alıb. Qlobal uğurlarından biri də 2019-cu ildə ABŞ-ın Denver Universitetinin versiyasına görə dünyanın 13 qadın liderlərinin siyahısında yer almasıdır.

Nuranə Məmmədova gənclər siyasəti və gənclərlə iş sahəsindəki fəaliyyətləri ilə bütün dünyada minlərlə gəncə təsir göstərməkdədir.

Əlavə olaraq qeyd edək ki,bu xəbərlə bağlı paylaşımlar “Oxford Mail”, “The Independent” və s. kimi xarici media portallarında da yer alıb.

Paylaş:
341

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər