AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb

Qafar Ağayev10:21 - 22 / 07 / 2024
AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan yeni təyinat alıb.

1news.az xəbər verir ki, o, Konfrans Liqasının II təsnifat mərhələsində Sloveniyada “Maribor” və Rumıniyanın “Universitatya Krayova” klubları arasında keçiriləcək ilk oyunun UEFA nümayəndəsi olacaq.

İyulun 25-də “Lyudski” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Matçın baş hakimi danimarkalı Mads Kristoffersen olacaq.

Paylaş:
349

Son xəbərlər

Bütün xəbərlər